Bakı: Yint
Yint-in məlumatına görə, 25.03.2022-ci ildə Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda, Səbail rayon Icra Hakimiyyətinin rəhbərliyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə T.Məmmədov adına 239 nömrəli tam orta məktəbin şagird,müəllim,valideyn kollektivi də fəal iştirak etmişlər. Mövzu ilə bağlı şagirdlərin rəsm və əl işləri nümayiş etdirilmiş, milli adət-ənənələrimizi, milli geyimlərimizi,milli çalğı alətlərimizi özündə əks etdirən guşələrdən ibarət sərgi təşkil edilmişdir. Sərgidə “Səbail Rayon Şəhidləri” guşəsi də tədbir iştirakçıları tərəfindən maraqla izlənilmişdir.
Novruz qədimdən bizim günlərə qədər yaşadılan ən gözəl bayramlarımızdan biridir.
Bayram tədbirində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində Novruz bayramının artıq ikinci ildir ki, 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunduğu, bayram tonqallarının Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirib.
Rayon sakinləri üçün konsert, həmçinin rəqs kollektivlərinin və Novruzun ənənəvi personajlarının iştirakı ilə müxtəlif proqramlar təşkil olunmuşdur. Tədbirin əvvəlində Vətən müharibəsi qaziləri möhtəşəm Novruz tonqalını alovlandırıblar. Sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Əla var olun